Mehriban Əliyeva Xalq rəssamını təbrik etdi – FOTO

Mehriban Əliyeva Xalq rəssamını təbrik etdi – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib.

ARANTV.AZ  xəbər verir ki, mətndə deyilir:

“Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur.

Hörmətli Fərhad müəllim!

Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!”

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir