17 pilot yetişdirildi, daha 41 nəfər təlim keçir – Azərbaycanda aviasiya kadrları hazırlanır

17 pilot yetişdirildi, daha 41 nəfər təlim keçir – Azərbaycanda aviasiya kadrları hazırlanır

“Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində 2024-cü ildən indiyədək 17 pilot təlim keçib. Hazırlıq mərkəzi 2024-cü ildə təlim təşkilatı statusunu əldə edib”.

ARANTV.AZ  bildirir ki, bu barədə Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, gələcəkdə yerli pilotların hazırlanması potensialının gücləndiriləcək:

“Hazırda bizdə beş ədəd “Cessna” hava gəmisi var. Bu ilin sonunda bir ədəd “Cessna” hava gəmisinin gətirilməsi planlaşdırılır. Bu da təlim imkanlarımızın genişləndirilməsinə gətirib çıxaracaq və yerli kadrların hazırlanmasına töhfəsini verəcək. Hazırda 41 nəfər Qəbələ Beynəlxalq Hava Limanında stajor pilotlar təlim keçir: “2024-cü ildən indiyədək təlim təşkilatı 17 pilot artıq AZAL sərnişin aviaşirkətinə təhvil verilib”.

Xalidə Gəray
Video və foto müəllifindir
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir