Gənc pilot arzusuna çatdı – Təlim uçuşlarını uğurla başa vurdu

Gənc pilot arzusuna çatdı – Təlim uçuşlarını uğurla başa vurdu

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin stajor pilotu Rüfət Cumalı pilot hazırlığı proqramı çərçivəsində təlim uçuşlarını uğurla başa vurub.

ARANTV.AZ  bildirir ki, bununla bağlı jurnalistlərə açıqlama verən Rüfət Cumalı qeyd edib:

“2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib, 2024-cü ilin dekabr ayından etibarən isə təlim uçuşlarına başlamışam. Təlimlərin ilkin mərhələsində tək mühərrikli “Cessna 172” tipli təyyarədə uçuşlar həyata keçirib, daha sonra isə iki mühərrikli “Diamond 42″ təlim təyyarəsi ilə hazırlığını davam etdirmişəm. Ən sonuncu imtahan uçuşumu da uğurla başa vurdum. Bununla da təlim prosesini tamamladım. Mənə bu imkanı yaratdığına görə, başda AZAL-ın kollektivi olmaqla, hər kəsə təşəkkürümü bildirirəm”.

Xalidə Gəray
Video və foto nüəllifindir
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir