Baş nazir MÜHÜM SƏRƏNCAM imzaladı

Baş nazir MÜHÜM SƏRƏNCAM imzaladı

Nazirlər Kabineti Əmək Məcəlləsinə edilən dəyişikliklərin icrasını təmin etmək üçün sərəncam verib.

Noyabrın 25-də imzalanan sərəncama əsasən, Ədliyyə Nazirliyi Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay ərzində hökumətə təqdim etməlidir.

Təkliflər Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, Fövqəladə Hallar və Energetika nazirlikləri, eləcə də digər aidiyyəti qurumlarla razılaşdırılacaq.

Mərkəzi icra hakimiyyəti orqanlarına dörd aydan gec olmayaraq səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Ədliyyə Nazirliyi həmin qurumların normativ hüquqi və normativ xarakterli aktlarının qanuna uyğunlaşdırılmasını təmin etməli və altı ay ərzində Nazirlər Kabinetinə məlumat verməlidir.

Baş nazir Əli Əsədovun imzaladığı sərəncam imzalandığı gün qüvvəyə minib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir