“Səyavuş Aslan, Nəsibə Zeynalova, Yaşar Nuri kimi aktyorlardan zəif deyiləm” — Elcan Rəsulov

Aktyor Elcan Rəsulovun baş rol aldığı “Toydan sonra” yay serialından paylaşdığı anons müzakirəyə səbəb olub.  ARANTV.AZ-ın məlumatına görə, izləyicilərdən biri dolayısıyla komediya janrında çəkilən ekran işlərini tənqid edib. Ardınca aktyora Səyavuş Aslan, Nəsibə Zeynalova, Telman Adıgözəlov, Hacıbaba Bağırov, Yaşar Nuri, Eldəniz Zeynalov, Afaq Bəşirqızı, İlham Namiq Kamal kimi komediya ustalarını nümunə göstərib. E.Rəsulov isə öz…

Daha çox ..

“Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm”

Müğənni Elnarə Xəlilova övladları haqda bir neçə sualı cavablandırıb. ARANTV.AZ-ın məlumatına görə, ifaçı övladlarının da musiqi ilə məşğul olması barədə suala belə cavab verib: “Övladlarımın mənim yolumu davam etdirmələrini istəmirəm. Əslində çox istedadlıdırlar. Eynən valideynlərinə bənzəyiblər. Onların peşəkar musiqi ilə məşğul olmalarını istəmirəm. Amma görsəm ki, böyük fitri istedadın qarşısını alıram, əlbəttə ki, dəstək olaram….

Daha çox ..

Bakıya gələn Ani Loraka əri xəyanət etdi – VİDEO

“Jara” festivalı üçün Bakıya gələn ukraynalı müğənni Ani Lorak, əri türkiyəli iş adamı Murat Nalçacıoğlu tərəfindən aldadılıb. ARANTV.AZ xəbər verir ki, iş adamının videogörüntülərini “Super.ru” saytı yayıb. Görüntülərdən məlum olur ki, o, “Instagram” vasitəsilə satış edərək məşhurlaşan Yana Belyayeva ilə karaokedə əylənir. Səmimi görüntülər sərgiləyən Muratın Yanadan gözünü çəkməməsi, sevgi və nəvazişlə qucaqlaması da kadrlarda yer alıb. Sayt bildirir ki,…

Daha çox ..

Yenicə nişanlanan azərbaycanlı aktrisa üzüyünü göstərdi – FOTO

Xəbər verdiyimiz kimi, “Vicdan Haqqı”nın bacı-qardaşı “Nərgiz” və “Fariz” nişanlanıb. ARANTV.AZ  xəbər verir ki, Nərgiz adıyla məşhurlaşan Ülviyyə Xəlilbəyli sosial şəbəkədə yeni fotosunu paylaşıb. Onun fotosunda üzüyü izləyicilərin diqqətini çəkib. Üzüyünü nümayiş etdirən aktrisa paylaşımına “Hər qurbanın başı kəsilmədən öncə oxşanılır. Bəzilərinin bu taktikasını alqışlayıram” deyə şərh əlavə edib. Sözügedən fotonu təqdim edirik: big.az

Daha çox ..

Hacı Nuran Həsənağa Sadıqovla görüşdü – Yenilənib+fotolar

Xəbər verdiyimiz kimi, bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun səhhətində problem yaranıb.   ARANTV.AZ-ın məlumatına görə, sənətkarın oğlu Elşən Sadıqov bir neçə gün əvvəl açıqlama verərək atasına kömək lazım olduğunu və yalnız xarici ölkədə müalicə oluna biləcəyini demişdi. Aparıcı, Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov isə bu gün…

Daha çox ..

Arvadı ölən vəzifəli şəxs Mənzurəyə elçi düşdü

Müğənni Mənzurə Musayevaya elçi düşüblər. ARANTV.AZ yenicag.az-a istinadla xəbər verir ki, Mənzurə ARB-nin “Səhər-səhər” verilişində şəxsi həyatından danışıb: “Elçilərim çoxalıb. Amma ərə getmək istəmirəm. Neynirəm e, əri? Həyat yoldaşı ölüb, özü vəzifə sahibidir”. Əli Mirəliyev ona məsləhət verib: “O, səni, həqiqətən, sevirsə, ailə qur. Yox əgər, sənə “pul daxılı” kimi baxırsa, neynirsən onu? Çalış 70 yaşlı…

Daha çox ..

“Məni xüsusi sevgi və həsrətlə gözləyən insan yoxdur”

Müğənni Lətifə Soyuöz ATV-də yayımlanan “İlqarla bir gün” verilişinin qonağı olub. ARANTV.AZ-ın məlumatına görə, ifaçı şəxsi həyatından danışıb:“Məni şəhərdə gözləyən bir anam var. Çox darıxdığım övladım var. Amma xüsusi sevgiylə, həsrətlə gözləyən bir insan yoxdur. Bəzən bacımla da söhbət edirəm. Deyirəm, kənardan hər şey fərqli görünür. Nə yaxşı ki, anam, nənəm, qardaşlarım və onların ailələri…

Daha çox ..

Tolikdən Rəqsanənin qızına: “Səni daş-qalaq edərlər”

“Hər şey daxil” verilişində Tolikin bu dəfəki qonağı müğənni Rəqsanənin qızı Aysun olub. ARANTV.AZ yenicag.az-a istinadla xəbər verir ki, Tolik Aysunun efirlərə anasına görə pulsuz çıxdığını bildirib: “Kanalların birinə çıxıb, dedin ki, yaşıdlarım olan müğənnilər arasında “nömrə birəm”. Sənin yaşıdın olan müğənni yoxdur axı. İldırım sürəti ilə populyar oldun. Rəqsanəyə görə, nə pul verib efirlərə çıxdın, nə…

Daha çox ..

Azərbaycanlı müğənni ərini niyə tərk etdiyini açıqladı – HƏR KƏS ŞOKDA – FOTO

Xanım ifaçı Bəturə Hüseynova “5/5”-də Türkiyədə yaşayan həyat yoldaşını atıb, Bakıya köçmə səbəbini açıqlayıb. ARANTV.AZ milli.az-a istinadən xəbər verir ki, canlı yayımda müğənni həyat yoldaşının iki dəfə “bankrot” olduğu üçün onunla birgə yaşamamaq qərarına gəldiyini deyib. Bəturənin bu etirafı qarşısında Zaurun nitqi tutulub. Aparıcı müğənninin gözlənilməz açıqlamasına sərt reaksiya verib: Kişi iflasa da uğrayar, müflis də…

Daha çox ..