Quşların səsi, təbiətdə gəzinti stressi necə azaldır? – ARAŞDIRMA
Alimlər müəyyən ediblər ki, təbiətdə cəmi 30 dəqiqəlik gəzinti stress səviyyəsini nəzərəçarpacaq dərəcədə azalda bilər. Xüsusilə quş səslərinə diqqətlə qulaq asmaq bu müsbət təsiri daha da gücləndirir. Lent.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Tübingen Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 233 nəfər iştirak edib. İştirakçılar yarım saat ərzində botanika bağında gəziblər. Bu müddətdə onların qan təzyiqi,…