Bu marşrut xətti də “BakuBus”a verilir

Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 172 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin qalibi “BakuBus” MMC elan olunub. Bu barədə ARANTV.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə “Ayşən-LTD”…

Daha çox ..

Bakıda yaşayış evlərinin yaxınlığında bina tikilməsi sakinlərin narazılığına səbəb oldu – VİDEO

Bakının Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində köhnə mənzillər sökülərək, yerinə çoxmərtəbəli bina inşa edilir. Tikinti işlərinin aparıldığı ərazinin yaxınlığında isə hələ də yaşayış davam edir. Sakinlər bildiriblər ki, gecə-gündüz aparılan tikinti işləri səbəbindən evləri qəzalı vəziyyətə düşüb. “ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Daha çox ..

Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməliyik?

“Hər bir valideyn ev şəraitində temperaturu salmaq üçün ilkin yardım göstərməyi bacarmalıdır”. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyeva deyib. Həkim bildirib ki, uşaqlarda hərarət 38,5 dərəcədən yuxarı olarsa (müstəsna hallarda, 3 aya qədər uşaqlarda temperatur 38 dərəcə olarsa), temperaturu salmaq vacibdir: “Lakin 38,5 dərəcədən (3 ayadək…

Daha çox ..

Pirşağıda tərk edilmiş “Pioner düşərgəsi” – FOTOREPORTAJ

Bura Sovet Sosialist Respublikaları İttifaqı dövründə salınmış uşaq düşərgəsidir. Həmin yer 2000-ci illərə qədər fəaliyyət göstərib. Daxilində 15 ev və ikimərtəbəli yataqxanadan ibarət olub. Düşərgə Pirşağı çimərliyindən 1 kilometrlik məsafədə yerləşir. PhotoStock.az-ın tərk edilmiş düşərgədən hazırladığı fotoreportajı təqdim edirik:   Daha çox foto burada: PhotoStock.az

Daha çox ..

Vergi daxilolmaları 45 faiz artıb

2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ARANTV.AZ-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45 faiz və ya 2,6 milyard manatdan çox artıb. Qeyri-neft-qaz sektorunda daxilolmalar 4,6 milyard…

Daha çox ..

Bu düşüncə Azərbaycanda NƏSİL azalmasına səbəb ola bilər… – VİDEO

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması müşahidə olunur. Əgər vəziyyət bu cür davam edərsə, 2050-ci ilədək hər il doğulan oğlan uşaqlarının sayı qızların sayından 12000-15000 nəfər çox olacaq. Aparılan tədqiqata görə, kişilərin 6 faizi, qadınların isə 17,5 faizi qız uşaqlarının daha çox olmasına üstünlük verir. Kişilərin…

Daha çox ..

Şəxsiyyət vəsiqələri üçün ödənilən rüsum azaldılır? – AÇIQLAMA

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib. Bu qərar pasport və yeni nəsil şəxsiyyət vəsiqələrinin qiymətlərində hər hansı ucuzlaşmaya səbəb ola bilərmi? Bu barədə Metbuat.az-a danışan iqtisadçı-ekspert Eyyub Kərimli dəyişikliyin qiymətlərin ucuzlaşmasına səbəb olacağını ehtimal etmədiyini…

Daha çox ..

Mərkəzi Bank: “Daşınmaz əmlakın icbari sığortası vətəndaşların hüquqlarına zidd deyil”

Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması ilə bağlı iradlara cavab verib. AMB-dən APA-ya verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması fikri kökündən yanlışdır. Əksinə, bu icbari sığorta növü, insanların konstitusiyada müəyyən olunmuş mənzil hüququnun təmin olunmasının sabitliyi və fasiləsizliyi üçün bir alətdir. Mərkəzi…

Daha çox ..