Yaponiyada məhkum olunmuş bütün sektantlar edam edildi

Yaponiyada “Aum Sinrike” ekstremist sektasının qalan 6 üzvü edam edilib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Kyodo” agentliyi məlumat yayıb. Ölüm hökmunə məhkum olunmuş şəxslər 3 maddə ilə təqsirli bilinib. Bunlar 1995-ci ildə Tokio metrosuna qaz hücumunda, 1994-cü ildə Matsumoto şəhərində hərbi zəhərli maddədən istifadə və 1989-cu ildə 3 nəfərdən ibarət ailənin öldürülməsi faktlarıdır. Onlar…

Daha çox ..

Jirinovski: Əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi

Rusiya ordusunun Ermənistana yerləşdirilməsi səbəbindən ermənilər Qarabağda sakit yaşayır. ARANTV.AZ xəbər verir ki, bu fikirləri Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Ermənistanın Rusiyadan uzaqlaşmaq arzusunu şərh edərkən deyib. Onun sözlərinə görə, əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi. “Bu sözlər Tacikistan və Donbasa da aiddir. Əgər siz rusları sıxışdırıb…

Daha çox ..

Dağıstanda növbəti həbslər: Mer müavini tutuldu

Mahaçqala merinin müavini Qurban Qurbanov polis tərəfindən saxlanılıb. ARANTV.AZ xəbər verir ki, bu barədə məlumatı “Kommersant” qəzeti yayıb. 33 yaşlı Qurban Qurbanovun Mahaçqalanın eks-meri Musa Musayevə qarşı açılan cinayət işi çərçivəsində həbs edildiyi bildirilib. Qeyd edək ki, Musa Musayevə qarşı cinayət işi cari ilin yanvarında açılıb. Musayevlə bərabər Dağıstanın bir sıra yüksək vəzifəli şəxslərinə o…

Daha çox ..

Marsda göl tapıldı – FOTO

Alimlər bildiriblər ki, Marsda maye halda suyun varlığının sübutu aşkarlanıb. ARANTV.AZ xəbər verir ki, 20 kilometr ölçüdə olan göl planetin cənub yarımkürəsində yerləşir və üzəri qalın buz qatı ilə örtülüdür. Tapıntı “Mars-ekspress” beynəlxalq stansiyası tərəfindən quraşdırılmış “Marsis” radarının köməyi ilə aşkarlanıb. Bundan əvvəl, araşdırmaçılar ehtimal edirdilər ki, Marsın səthində bəzən ərimiş buzlaqların suları qısa müddətə tökülə…

Daha çox ..

Ərdoğan: “İrana qarşı sanksiyalara qoşulmayacağıq”

Türkiyə İranla münasibətlərini pozmaq niyyətində deyil. ARANTV.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Ankara Tehrana qarşı sanksiyaları qəbuledilməz hesab edir və ona qoşulmayacaq: “İran bizim strateji tərəfdaşımızdır. İki ölkə arasında münasibətlər əvvəlki kimi yüksək səviyyədə qalacaq”. axar.az

Daha çox ..

Kabildə partlayış: 10 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabildə hərbçilərə qarşı yönələn terrorçu-intiharçı tərəfindən təşkil edilən partlayış nəticəsində ən azı 10 nəfər ölüb və yaralanıb. ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə barədə başqa məlumat verilmir. Ölən və yarananların dəqiq sayı məlum deyil.

Daha çox ..

Kaliforniyada 12 min insan evakuasiya edildi – Meşə yanğınlarına görə

Kaliforniya ştatının cənubundakı təbii yanğın Los-Ancelesin şərqində yerləşən Aydiluayld şəhərinə yayılıb. ARANTV.AZ trend-ə istinadən xəbər veirr ki, nəticədə 12 min əhali evakuasiya olunub. Bir neçə evi alov bürüyüb, lakin yaralılar barədə heç bir məlumat yoxdur. San Bernardino Milli Qoruğu əməkdaşlarının verdiyi məlumata görə, yanğın artıq 12 kvadrat kilometrdən çox ərazini əhatə edib.

Daha çox ..

Paytaxtda kamikadze özünü partlatdı – 4 ölü, 5 yaralı

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze partlayış törədib. ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, “Tolo News” telekanalı partlayış nəticəsində təhlükəsizlik xidmətinin ən azı 4 əməkdaşının öldüyünü bildirib. Polisin məlumatına görə, daha 5 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb.

Daha çox ..

Lal qızın dilini açan hadisə eşidənləri TƏƏCCÜBLƏNDİRİR – Bir neçə saniyə geciksəydi …- FOTO

Kanadada baş verən bu hadisə eşidənləri heyrətləndirib. Hər kəsi məəttəl qoyan bu olay qısa zamanda sosial şəbəkədə sürətlə yayılıb. Beyin şişi olan 9 yaşlı Lexie nə danışa, nə də yeriyə bilir. Fəqət bunların heç biri onu azyaşlı qardaşının həyatını xilas etməyə mane olmayıb. Kanadanın Yeni Şotlandiya adlanan bölgəsində yaşayan bir ailə 9 yaşlı qızlarının doğum…

Daha çox ..

“Türkiyə yeni hərbi xidmət sistemi yaradacaq”

“Türkiyə hərbi xidmətin yeni sistemi üzərində işləyir”. ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğanın sözlərinə görə, yeni hərbi xidmət sistemi Türkiyə ordusunun hərbi gücünü artıracaq. Türkiyəli lider qeyd edib: “Türklər döyüşkən xalqdır və ordu bizim xalqın əsas atributlarından biridir”. Ödəniş müqabilində hərbi xidmətdən azad olunmaq haqqında səsləndirilən təklifə…

Daha çox ..