Dünya 

Paytaxtda kamikadze özünü partlatdı – 4 ölü, 5 yaralı

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze partlayış törədib.

ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, “Tolo News” telekanalı partlayış nəticəsində təhlükəsizlik xidmətinin ən azı 4 əməkdaşının öldüyünü bildirib.

Polisin məlumatına görə, daha 5 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb.

Daha çox xəbərlər

Leave a Comment