Dünya 

Dəhşətli meşə yanğını: 24 ölü, 69 yaralı – Video

Yunanıstanın paytaxtı Afina yaxınlığında baş verən güclü meşə yanğınları nəticəsində ölənlərin sayı artıb.

ARANTV.AZ xəbər verir ki, hadisə nəticəsində 24 nəfər ölüb, 69 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan bir çoxunun vəziyyəti ağırdır.

Güclü külək yanğının söndürülməsini daha da çətinləşdirib.

Yunanıstan rəhbərliyi Afinanın şərq və qərbində meşə yanğınlarının baş verməsinə görə fövqəladə vəziyyət elan edib.

axar.az

Daha çox xəbərlər

Leave a Comment