Dünya 

Pandemiya dövründə ölmüş elan edilən qadın bir aydan sonra ayıldı – FOTO

Ekvadorun yaşlı sakini həkimlərin onu ölmüş elan etməsindən bir ay sonra ayılıb.

Bu barədə “El Comercio” nəşri xəbər yayıb.

74 yaşlı Alba Maruri Qranda martın 27-də özünü pis hiss edib. Onun temperaturu 42 dərəcəyə qədər yüksəlib və nəfəs alması çətinləşib. Qadın Quayakil şəhərinin xəstəxanasına çatdırılsa da, orada komaya düşüb. Elə həmin gün axşam həkimlər pasiyenti ölmüş elan ediblər.

Lakin təsadüf nəticəsində həkimlər meyitləri səhv salaraq, qadının qohumlarına başqa adamın cəsədini veriblər. Bu müddətdə qadın xəstəxanada huşsuz vəziyyətdə qalıb. Qrandanın qohumları bir ay tanımadıqları adamın külünü saxlayıblar. Qalığı dəfn etmək üçün isə pandemiya ilə əlaqədar fövqəladə vəziyyətin bitməsini gözləyiblər.

Aprelin 24-də qadın özünə gəlib, tibb bacısına adını və bacısı ilə əlaqə üçün telefon nömrəsini deyib.

Hazırda o, xəstəxanadan buraxılacağı günü gözləyir.

Həkimlər Qrandanın ailəsinə üzrxahlıq edərək, səhv etdiklərini söyləyiblər.

“Ölən və yoluxanların saysız-hesabsız olduğu bu xaos dönəmində həkimləri anlayırıq”, – deyə pasiyenitin bacısı qızı Laura Morla bildirib.

 

Daha çox xəbərlər