Binəqədi rayonu, Binəqədi qəsəbəsində gənc oğlan intihar edib.
ARANTV.AZ-ın məlumatına görə, Nizami küçəsi, döngə 2-də yaşayan, 1992-ci il təvəllüdlü Azər Nəzərbala oğlu Babayev yaşadığı həyət evində özünü ağacdan asaraq intihar edib.
Bədbəxt hadisə barədə ilk xəbər tutan da elə mərhumun ailə üzvləri olub. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
ölkə.az