Şəhidimizin hər kəsi kövrəldən SON VİDEOSU
“Ana, özünüzə yaxşı baxın. Məni unutmayın, namusumu-qeyrətimi qorumaq üçün gedirəm. Bəlkə də bu axrıncı danışığımdı. Hər şeyi sizə tapşırıb gedirəm”
Sosial şəbəkələrdə geniş yayılmış, bu sözləri düşmənlərin “Abu Əzrail” adlandırdığı, 100-dən çox düşməni məhv edən azərbaycanlı kəşfiyyatçı qrup komandiri İsgəndərov Əlizamin Həmid oğlu şəhid olmazdan öncə deyib.
Bildirilir ki, sözügedən video çəkilərkən Şuşa ətrafında düşdükləri şəraitdə ya geri çəkilməli, ya da ki, sona kimi döyüşüb şəhid olmalı olduğunu bilirmişdi.

