Almaniyada son sutkada 17 270 nəfər koronavirusa yoluxub, 487 nəfər ölüb
Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 270 nəfər yoluxub.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 1 084 743 nəfərə çatıb.
Son 24 saat ərzində 487 nəfər vəfat edib və bununla da indiyədək Almaniyada koronavirusa yoluxaraq ölənlərin ümumi sayı 17 123 nəfərə yüksəlib.

