Rumıniyada koronavirusa yoluxanların sayı 500 min nəfəri ötüb
Rumıniyada koronavirusa yoluxanların sayı 500 min 273 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, son 24 saat ərzində 8062 yeni yoluxma faktı baş verib. Bu ölkədə koronavirusdan ölənlərin sayı 12 min 52 nəfərdir, 390 min 212 nəfər isə bu xəstəlikdən sağalıb.

