Yaşayış icazəsi olmayan şəxslər SMS-lə necə icazə alacaq?

“Yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilər bunun üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməlidirlər”.

ARANTV.AZ xəbər verir ki, bunu BAKU.WS-ə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.

Onun sözlərinə görə, bu zaman müvafiq olaraq 1 və ya 2 rəqəminin ardınca ölkədə olma və yaşama statusuna uyğun OYQ (olduğu yer üzrə qeydiyyat), MOM (müvəqqəti olma müddəti), MYI (müvəqqəti yaşama icazəsi) və ya DYI (daimi yaşama icazəsi) abreviaturasından sonra müvafiq sənədin nömrəsi qeyd edilməli və abreviaturalar mütləq ingilis şriftləri ilə yazılmalıdır.