Əsirlikdən qayıdan Amindən ŞOK AÇIQLAMALAR: “Özümü öldürmək istəyirdim” – VİDEO

“Yaralı olduğum vaxt huşumu itirmişdim. Ayıldım ki, axşamdır. Döyüş yoldaşlarım mənim şəhid olduğumu düşünürdülər. Gördüm ki, ermənilər məni arxadan boyun nahiyəmdən tutub, aşağı çəkdilər. Əl-ayağımı göstərdim ki, yaralıyam. Mənə qarşı nalayiq ifadə işlətdilər, mən də onların cavabını verdim”

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı aparıcı Firuzə Cəlilovanın “İnstagram” hesabında açılan canlı yayımında 33 gün əsirlikdə qalan Amin Musayev deyib:

“Mən onlara cavab verəndə alnımdan qundaqla vurdular. Ölümü gözə almışdım. Beynimdə özümü buna alışdırmışdım. Məni sanitar maşınına vura-vura mindirdilər, lakin vidoeoya çəkəndə özlərini humanist kimi göstərmək istəyirdilər. Öz ikiüzlülükləri bunu biruzə verdi. Maşında yaramdan təpiklə vurdular. Yolda maşını saxlayanda da əsgərlər məni vururdu. Huşumu itirmişdim, ayılanda məni əməliyyat etdiklərini gördüm.

Əsirlikdə olanda ermənilər boğaz nahiyəmə maddə tökürdülər, “dubinka” ilə vururdular. Öz adımı Amir deyirdim, istəmirdim mənim adımı bilsinlər. Yəni özüm barədə məlumat vermək istəmirdim. Azərbaycana gəldikdən sonra məni yenidən əməliyyat etdilər. Həkimlərimiz bu ayaqla yeriməyimin mümkünsüz olduğunu dedilər. Ermənilər, bəlkə də, bilərəkdən ayağımı səhv əməliyyat etmişdilər.

Onlar məğlub olduqlarını həzm edə bilmirdilər.

Çox əsəbi olmuşam, yuxusuzluqldan əziyyət çəkirəm. Əlimə müəyyən müddət qandal vurmuşdular, daha sonra yaralı olduğumu görüb çıxardılar. Gecələr işığı söndürmürdülər ki, narahat yataq”.

Amin Musayev hətta özünü öldürmək istədiyini də söhbət zamanı vurğulayıb.