“Husilərə gedən silah-sursat ələ keçirilib” – Yəmən ordusu
Yəmən ordusu husi qruplaşmasına göndərilmiş silah-sursatın aşkar edilərək ələ keçirildiyini açıqlayıb.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, bu barədə rəsmi şəkildə məlumat yayılıb. Bildirilib ki, husilərə gedən silah-sursat və hərbi təchizat avadanlıqları olan avtomobil dayandırılıb.
Bütün silah-sursat Yəmən ordusunun balansına verilib. Hazırda araşdırmalar aparılır.

