Moskvada Qarabağın bərpası müzakirə ediləcək
Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupu regionda nəqliyyat infrastrukturunun bərpası məsələlərini müzakirə edəcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərindən ibarət işçi qrupunun ilk görüşü yanvarın 30-da Moskvada keçiriləcək.
İşçi qrupunun növbəti görüşlərinin keçirilmə tezliyi və yeri gələcəkdə müəyyənləşdiriləcək.

