Kubanın helikopter qəzası: 5 ölü
Kubanın şərqində helikopter qəzaya uğrayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Cubadebate portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, helikopterin beş ekipaj üzvü həlak olub.
Helikopter Olqin vilayətindən Quantanamo vilayəti istiqamətində uçub. Bildirilib ki, o təpəyə çırpılıb.

