Dünya 

Gürcüstanda koronavirusdan daha 19 nəfər öldü

Gürcüstanda ötən sutka ərzində 12 700 test keçirilib, koronavirusa 479 yoluxma halı qeydə alınıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 258 111 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 19 nəfər ölüb, 491 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 178 nəfər, sağalanların sayı isə 249 028 nəfər təşkil edir.

Daha çox xəbərlər