Sosial 

Ölkəmizdə ən populyar sosial şəbəkə hansıdır?

Sosial şəbəkələrin qlobal və Azərbaycan üzrə bazar payı açıqlanıb.

ARANTV.AZ  bildirir ki, “Global Stats” analitik şirkətinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda ən aktiv istifadəçisi olan sosial şəbəkə Twitter seçilib. Sözügedən şəbəkənin ölkəmiz üzrə bazar payı 25.17%-dir. İkinci sırada 20.27% bazar payı ilə Facebook qərarlaşıb. İnstaqram sosial şəbəkəsi 20.1% bazar payı ilə üçüncü yerdə qərarlaşıb. Onun ardınca isə müvafiq olaraq, 19.3%, 13.92%, 0.45%-lə YouTube, Pinterest və VKontakte gəlir.

Qeyd ədək ki, sosial şəbəkələrin dünya üzrə bazar payına görə 69.48%-lə Facebook liderdir.

Daha çox xəbərlər