“Coca-Cola” Azərbaycanda zavod tikəcək
Bu gün ABŞ-ın “Coca-Cola” şirkətinin yerli nümayəndəliyi “Azərbaycan Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə nazir Mikayıl Cabbarov bildirib.
Nazir sənədə əsasən qeyd edib ki, “Coca-Cola” Azərbaycanda öz zavodunu quracaq.
“Bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək”, -deyə M. Cabbarov vurğulayıb.

