Sosial 

COVID-19 əleyhinə peyvəndlə bağlı əhali nə düşünür? – SORĞU

“Media Təhlil Mərkəzi” keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb.  Mərkəz COVID-19 əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün sorğu keçirib.

Bu barədə “Media Təhlil Mərkəzi” məlumat yayıb.

Bildirilib ki, sorğuda iştirak edən 780 respondentin (43,1 % qadın, 56,9 %-kişi) 39,5 %-i qısa müddət ərzində peyvənd olunmaq istədiyini, 16,5 %-i peyvənd olunmaq istəmədiyini, 44 %-i isə peyvənd olunanların reaksiyasını gözlədiyini bildirib.

Vaksinasiyadan keçmək istəyənlərin 53 %-i istehsalçı ölkəyə böyük əhəmiyyət verdiklərini, 15,3 %-i isə vaksinin hansı ölkədə istehsal olunmasına əhəmiyyət vermədiyini deyib.

Sorğuda iştirak edənlərin 31,7 %-i isə dövlət tərəfindən alınan vaksinə etibar etdiyini qeyd edib.

Bundan başqa, rəy sorğusunda iştirak edən respondentlərin 53 %-i COVID-19 virusuna yoluxma təhlükəsindən ehtiyat etdiyini, 22,3 %-i virusdan qorxmadığını, 19,4 %-i isə artıq virusa yoluxduğunu bildirib. 5,3 % respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini etiraf edib.

Daha çox xəbərlər