Sosial 

Panik atak zamanı 7 effektiv metod – Özünə kömək et

Stres, qorxu, təşviş, həyatda çətinliklər müasir insanı sağ ikən ölüm hissini daddıran panik atak kimi sindromla üzləşdirir.
Hazırda sinir və əsəb gərginliyinə bağlı beyinin qorxulu oyunu – panik atakı keçirənlərin sayı gündən-günə artır.
ARANTV.AZ panik atak zamanı tutmanı effektiv olaraq azaltmağın, tamam qarşısını almağın 10 üsulunu təqdim edir:
– Nəfəs almaq, nəfəsi nəzarətə götürmək – bunun üçün kağız paketi ağzınıza tutaraq, dərindən nəfəs alıb verin.
– Soyuq su içmək. Ən şiddətli panika halında belə kiçik qurtumlarla soyuq su içmək lazımdır
– Üz, boyun, dirsəkləri soyuq su ilə yumaq
– Ovucları ovuşdurmaq, əlləri əşyalara toxundurmaq, nəsə sıxmaq – bu beynin diqqətini yayındırır. Yanınızda kiçik rezin top ola bilər.
– Bərkdən mahnı oxumaq
– Ayağın altına diyircəkli nəsə qoyub sürtmək – məsələn dezodorant
– Nanəli saqqız çeynəmək

Daha çox xəbərlər