İsveç bir sıra ölkələrdən səfər qadağasının müddətini uzatdı
İsveç hökuməti Böyük Britaniya, Danimarka və Norveç vətəndaşlarının ölkəyə daxil olma qadağasını martın 31-dək uzadıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu İsveçin daxili işlər naziri Mikael Damberq deyib.
O bildirib ki, bu qərar koronavirusun “Britaniya variantı” ilə bağlı qəbul edilib.
Nazirin sözlərinə görə, virusun mutasiyası ilə bağlı qeyri-müəyyən vəziyyət davam etdiyi üçün qadağa müddəti uzadılıb.

