Dünya 

Rusiyada daha 497 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 3,95 milyonu keçib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 16 627 nəfər virusa yoluxub, 497 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 951 233 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 76 229 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 436 326 şəxs virusdan sağalıb, 438 678 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər