“Bu gün Vətən müharibəsində iştirak edən əməkdaşlarımız və onların valideynləri ilə görüşdük”.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov özünün “Facebook” səhifəsində yazıb:
“Hər birini təltif etdik, valideynlərini təbrik etdik, hər birinə təşəkkürlərimizi bildirdik, hörmətimizi, fərəhimizi ifadə etdik. Əməkdaşlarımızın simasında bütün qəhrəman döyüşçülərimizi təbrik edir, Şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edirik”.

