Sosial 

Xaçınçay su anbarı ilə bağlı təkliflər hazırlanır – AÇIQLAMA

“İşğaldan azad edilən Ağdam rayonunda olan Xaçınçay su anbarında monitorinqlər davam edir və qiymətləndirmələr aparılır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

O qeyd edib ki, təkliflər hazırlanır və yaxın günlərdə bununla bağlı daha ətraflı məlumat veriləcək:

“İşğaldan azad edilən ərazilərdə olan digər çaylarla bağlı da fəaliyyətimiz davam etdirilir”.

Daha çox xəbərlər