Nazirlik: “1000-ə yaxın qanunsuz qoşulma halı aşkarlandı”
“Ötən il Azərbaycanda çay sularından icazəsiz istifadə halları qeydə alınıb”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə fiziki və hüquqi şəxslər tərəfindən 1000-ə yaxın qanunsuz qoşulma halı aşkarlanıb:
“Baş verən hallarla bağlı məsələ sənədləşdirilib və məcburi göstərişlər verilib”.
“İcazəsiz qoşulmalar su balansının idarəolunmasında da problemlər və su çatışmazlığı yaradır”, – deyə o əlavə edib.

