Vaksinlər koronavirusun yeni ştammlarına necə təsir edir? – Baş infeksionistdən AÇIQLAMA

“Dünya üzrə koronavirusun mutasiyalarının sayı artır. Bununla nəzəri olaraq virusun xüsusiyyətləri dəyişir”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, qeydə alınan yeni ştammlar indiki vəziyyətdə istehsal olunan vaksinlərə tabe olurlar:

“Gələcəkdə xəstəliklə bağlı vəziyyətin necə olacağını demək çətindir. Əgər hər kəs pevləndlənsə, xəstəlik sönəcək”.

O əlavə edib ki, bugünkü peyvəndlər təsirli olmasa, yeni peyvəndlərin də hazırlanması labüd ola bilər:

“Vaksinlər tam qorumasa da, virusa yoluxan şəxs xəstəliyi yüngül keçirə bilər”.