Sosial 

“WhatsApp”dan illərdi gözlənilən FUNKSİYA GƏLİR

Populyar “WhatsApp” messencerində köhnə problem – eyni vaxtda bir neçə qurğuda işləməyin qeyri-mümkünlüyü həll ediləcək.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “WABetaInfo” portalı yazıb.

Şirkət “WhatsApp” messencerinin eyni vaxtda yalnız bir neçə qurğuda işləməsini deyil, həm də smartfona qoşulmadan işləyən veb-kliyenti sınaqdan keçirir. Hazırda sözügedən messencer konkret qurğu və telefon nömrəsinə bağlı işləyir.

Hələ ki yeni funksiya beta-test mərhələsindədir.

Daha çox xəbərlər