Ötən il “Azərmaş”a 7,5 milyon manat güzəştli kredit verilib
2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Azərmaş” ASC-yə 7,5 milyon manat həcmində güzəştli kredit verilib.
ARANTV.AZ-ın məlumatına görə, layihənin məqsədi minik avtomobillərinin istehsalı sahəsinin genişləndirilməsini əhatə edib.
Nəzərdə tutulan layihənin ümumi dəyəri 7,9 milyon manat həcmində olub və bu layihə əsasında 130 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, 2020-ci il ərzində yeni texnologiyalara əsaslanan ümumi dəyəri 323,3 milyon manat olan 46 müəssisəyə 89,3 milyon manatlıq güzəştli kredit verilib.

