Ərdoğan Qərbə səsləndi: Niyə səsiniz çıxmır?
“Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır? Niyə susdunuz? Sizdə belə bir şey olduğunda fəryadlarınız bitmirdi. 15 iyul hadisəsi oldu, səsiniz çıxmadı. İndi bu hadisə oldu, yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa, biz vəzifəmizi bilirik. Bu terrorçulara bu ölkədə fürsət verməyəcəyik”.
ARANTV.AZ “Hürriyyet”ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Durmaq yoxdur, yola davam. Bunu belə bilin! Yaşadığımız acılar millət olaraq bizi bir-birimizə daha da yaxınlaşdırır. Gara hadisəsi millətimizi və dövlətimizi qorumaq üçün sərhədlərimizin qarşı tərəfində təhlükəsizlik bölgəsi yaratmaq qərarımızı daha da gücləndirdi. Gara önəmli və problemli bölgə idi. Gara terrorçularda təmizlənməsi işin bitməsi deməkdir. Bir daha bənzər hücumlara məruz qalmamaq üçün təhlükəsiz hala gətirdiyimiz yerlərdə nə qədər lazımdırsa, o qədər qalacağıq”, – o bildirib.

