2020-ci ildə “Antiinhisar fəaliyyəti haqqında” qanunun pozulmasına görə 27,5 milyon manatdan çox maliyyə sanksiyası tətbiq olunub. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib. Onun sözlərinə görə, dörd iş üzrə 14 min manatdan çox cərimə haqsız rəqabətlə əlaqədar tətbiq edilib. Daha 5 analoji iş üzrə araşdırma davam etdirilir. M.Abbasbəyli əlavə edib ki, ötən il Dövlət Xidmətinə 359 müraciət daxil olub. Müraciətlərin 21-i bazarlarda rəqabətin məhdudlaşıdırılması, 63-ü bazar subyektlərinin haqsız rəqabətə yol verməsi ilə bağlı olub.
“Ötən il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 30 aptekdə yoxlamalar aparılıb”.
ARANTV.AZ xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda məlumat verib.
O bildirib ki, 25 aptekdə qanun pozuntusu aşkarlanıb: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən apteklərdə dərman vasitələrinin qiymətləri ilə bağlı monitorinqlər aparılıb, istehsalçı və idxalçılarla görüşlər keçirilib. Dərmanlar tənzimlənən qiymətlərlə aparılır, bundan kənara çıxan apteklərlə bağlı 25 iş üzrə məhkəməyə müraciət olunub”.

