Nəfsi nəfəsini kəsirdi
Moskva 1,5 kq xurma yeyən qadın ölümlə üz-üzə qalıb.
ARANTV.AZ xəbər verir ki, şiddətli qarın ağrısı olan 45 yaşlı qadın xəstəxanaya müraciət edib. Moskvalı qadına kəskin bağırsaq keçməliyi diaqnozu qoyulub və təcili əməliyyat edilib.
Bildirilir ki, çox miqdarda meyvə yeyildiyi üçün qadının mədəsindəki maddələr bir-birinə yapışıb. Viskoz xurmaya görə xəstənin bağırsaq diametri 3-6 sm əvəzinə 24 sm olub.
Hazırda qadının səhhətində heç bir problemin olmadığı bildirilir.

