Gündəm 

Ölkəmizdə nə qədər geyim istehsal olunub? – FOTO

Azərbaycanda yanvar ayı ərzində 9,5 milyon manat dəyərində geyim istehsal edilib.

ARANTV.AZ-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizdə geyim istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz azalıb.

Belə ki, ötən ay ərzində Azərbaycanda 58,5 min ədəd üst geyim, 83,7 min ədəd alt geyim, 140,2 min cüt corab istehsal edilib.

Həmçinin, 15,7 min ədəd kişi və ya oğlanlar üçün pambıqdan, kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, 310 ədəd qadın və ya qızlar üçün kostyum və komplektlər istehsal edilib.

Daha çox xəbərlər