Azərbaycanda ŞOK: Evlənmək istəyən 12 yaşlı uşaq öz anasını ÖLÜMLƏ HƏDƏLƏDİ
Evlənmək istəyən 12 yaşlı uşaq anasına işgəncə verib, onu ölümlə hədələyir.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda izləyicilərə məlumat verilib. Videoda doğma övladı tərəfindən işgəncəyə məruz qalan ana danışaraq “Məni tövləyə salıb, qapını bağlayır. Mən bu uşağı dayandıra bilmirəm. Uşaq gözünü açıb atasının elədiklərini görüb. Bir dəfə odunla başıma vurdu bir saat yerimdə qaldım. Məni toka verir, üzərimə qaynar su tökür, əzablar verir, dözə bilmirəm. Atası evdə qızlarımın yanında lüt gəzirdi. Oğlum da eyni hərəkəti edir. Bacılarını, mənim öz ana- atamı söyür. Mənə kömək etsinlər”
Qadının tanışı da ananın dediklərini təsdiqləyərək “Uşaq 6-cı sinifdə oxuyur. Anasına deyir ki, evlənmək istəyirəm” deyib.

