Aİ və Azərbaycan növbəti illər üçün əməkdaşlıq sahələrini müzakirə edəcək

Aİ və Azərbaycan növbəti illər üçün əməkdaşlıq sahələrini müzakirə edəcək

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yaxın illər üçün əməkdaşlıq sahələri ilə bağlı müzakirələr keçiriləcək.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, müzakirələr gələn həftə başlayacaq:

“Aİ Azərbaycanla növbəti yeddi il üçün əməkdaşlığın prioritet istiqamətləri üzrə müzakirələr aparacaq”.