Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qiymət artımı: təbiidir, yoxsa süni?

By Vüsal Rafiqoğlu
18.02.2021 3 Min Read

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ötən gün keçirilmiş “2020-ci ilin yekunları” adlı onlayn konfransında Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib ki,  hazırda qiymətlərin süni artırılması üzrə hansısa qanun pozuntusu aşkar edilməyib. O vurğulayıb ki, müəyyən kateqoriya məhsulların (şəkər tozu və yağı nəzərdə tutub)  qiymətləri qlobal bazarlarda yüksəlməkdədir. Ölkəmizdə isə bu məhsulların böyük həcmdə istehsalı yoxdur: “Biz dünya birjalarını da izləyirik və görürük ki,  qlobal birjalarda bahalaşmalar baş verir və bununla əlaqədar olaraq Azərbaycanda da qiymət artımları yaranır”. Xidmətin rəis müavini deyib ki,  ərzaq məhsulları üzrə 57 adda, meyvə-tərəvəz məhsulları üzrə 28 adda, tikinti məhsulları üzrə isə 51 adda məhsulun monitorinqini aparırlar.

ARANTV.AZ  Dövlət Statistika Komitəsinə istinadən xatırladır ki, 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir) 2020-ci ilin yanvar ayına nisbətən 103,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,3 faiz təşkil edib.

Həmçinin 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz təşkil edib. Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz təşkil edib və daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin qiymətində qeydə alınıb.

Ay ərzində faiz etibarilə daha çox bahalaşan yumurta (5,9 faiz), tərəvəzlər (5,9 faiz), meyvələr (3,2 faiz) olub.  M.Abbasbəylinin dünya birjalarında bahalaşdığını vurğuladığı kərə və bitki yağları 1 faiz,  şəkər tozunun aid olduğu məhsul qrupunda isə 1,2 faiz bahalaşma qeydə alınıb.

Qeyd edək ki, yumurta ölkədə tam şəkildə özünütəminetmə səviyyəsinə məhsulların sırasındadır. Həmçinin meyvə və tərəvəz də bu siyahıya daxildir və ölkədən onların ixracı da həyata keçirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkədə makaron məmulatları ilə özünütəminetmə  səviyyəsi 24,7 faiz, bitki yağları üzrə 33,6 faiz, kərə yağı üzrə 69,5, meyvə və tərəvəz şirələri üzrə 126,7 faiz, pendir üzrə 87,7 faiz, şəkər üzrə 75 faiz, balıq və balıq məhsulları üzrə 82,2 faiz, süd və süd məhsulları üzrə 86,3 faiz olub. Ötən müddətdə ölkədə bu məhsullar istehsalının əhəmiyyətli dərəcədə azalmasına, istehlakının və ixracının isə artmasına rast gəlinmədiyini nəzərə alanda, qiymət artımının özünütəminetmə ilə ciddi bağlantısının olmadığı üzə çıxır.

Həmçinin dünya bazarlarında ərzaq qiymətlərinin artması da yeni proses deyil. Son müddətdə bahalaşma daha çox buğda ilə bağlıdır və bunun  yerli bazara təsirini minumuma endirmək üçün tədbirlərə başlanılıb. Bu baxımdan həmin  məhsullar üzrə qiymətə özünütəminetmə səviyyəsi yox, mövsümi amillərin daha çox təsiretmə ehtimalı yaranır. Ancaq müqayisənin qış ayları üzrə aparıldığını nəzərə alanda, bu amilin burada ciddi təsir malik olduğunu demək çətindir.

Eyni zamanda, yanvar ayının əksər günlərində pandemiyadan irəli gələn karantin tədbirləri səbəbindən əksər qeyri-ərzaq məhsullarının satışını həyata keçirən subyektlər fəaliyyət göstərməsə də bu qrupdan olan məhsullar üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,5 faiz təşkil edib. Dövlət Statistika Komitəsi qiymət artımını Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması, habelə pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, noutbukların və zərgərlik məmulatlarının qiymətlərində bahalaşmanın müşahidə olunması ilə izah edib.

Hərçənd ki, Komitənin digər statistika görə, ötən ay 2020-ci ilin yanvar ayı ilə müqayisədə ölkənin pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8 faiz artıb.

Bütün bunların fonunda qiymət artımının tələb-təkliflə elə də böyük əlaqəsinin olmadığı ortaya çıxır. Bu isə subyektiv amillərin qiymət artımında daha böyük rola malik olduğunu nümayiş etdirir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Putin və Lukaşenko Rusiyada görüşəcəklər

Next

Ermənilər Zeyvə kəndini tərk edir…

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv