“”3+3″ formatının reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir” – Baş nazir

“”3+3″ formatının reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir” – Baş nazir

Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni təşəbbüs – “3+3” formatını irəli sürüb. Bu təşəbbüsün reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.

Baş nazir bildirib ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq, həmçinin turizim sahəsində əlaqələrin inkişafına ciddi təkan verəcək.