Azərbaycanla Türkiyə arasında Protokol və Fəaliyyət Planı imzalandı
Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında Protokol və Fəaliyyət Planı imzalanıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, qeyd olunan sənədlər ölkələr arasında iqtisadi münasibətlərin dərinləşməsinə, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcək.

