Dünya 

Gürcüstanda ötən sutka 10 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 337 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  270 137, ölənlərin sayı isə 3 485

Virusa yoluxanlardan 264 047 nəfərin sağaldığı bildirilir.Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiqlənməsindən 1 il ötür.

Daha çox xəbərlər