Nigeriyada silahlı insident: 16 ölü
Nigeriyanın Kaduna əyalətində silahlı şəxslərin hücumu nəticəsində 16 nəfər ölüb.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, naməlum silahlı şəxslər əyalətin Zanqon Kataf və Kurmin Qandu kəndlərinə hücum ediblər. Nəticədə 16 nəfər ölüb, çox sayda insan yaralanıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

