Dünyada Azərbaycana olan diqqət artmaqdadır
“Azərbaycan Prezidentinin İqtiisadi Əməkdaşlıq Təkşilatının onlayn Zirvə toplantısındakı çıxışı bir daha nümayiş etdirdi ki, bölgədə və dünyada formalaşan yeni geosiyasi və iqtisadi reallıqlar çərçivəsində Azərbaycan inamla öz mövqeyini möhkəmləndirir, Azərbaycan bölgədə rəqabət qabiliyyətli iqtisadiyyatının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində ciddi uğurlara imza atır və Azərbaycanın sözü müxtəlif beynəlxalq tribunalardan günbəgün daha inamla eşidilir”.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, dövlət başçısı ölkəmizi dünyada formalaşan trendlərə uyğun istiqamətə aparır:
“Azərbaycana olan diqqət dünyada və bölgəmizdə artmaqdadır. Ölkə Prezidenti bir daha regional iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi zəruriliyi barədə faktiki olaraq tezislər irəli sürmüş oldu. Azərbaycanın regional iqtisadi əməkdaşlıq prinsiplərinə sadiq qaldığını nümayiş etdirdi. Bu, olduqca önəmlidir, çünki regionda dayanıqlı iqtisadi əməkdaşlıq bütövlükdə yaxın onilliklərin trendinə çevirilməlidir. Çünki dünya iqtisadiyyatında deqloballaşma proseslərinin reallaşması açıq şəkildə hiss olunur. Belə olan halda Azərbaycanın bu trendlərə uyğun olması, bu trendlərə sadiq qalması çox vacibdir. Çünki bu, ölkəmizin rəqabət imkanlarını və rəqabət üstünlüklərini dərinləşdirmiş olacaq.
Faktiki olaraq biz görürük ki, dövlət başçısı ölkəmizi dünyada formalaşan trendlərə uyğun istiqamətə aparır. Bu da olduqca önəmlidir. Əks siyasət yürüdən ölkələr olduqca ciddi problemlərlə üzləşir və bundan sonra da üzləşəcək. Ona görə də ölkəmizin qorunması üçün onun iqtisadi və siyasi qüdrətinin artırılması məqsədilə mühüm məsələ ondan ibarətdir ki, dünyada formalaşan dayanıqlı trendlərə adekvat cavab verilsin ki, ölkəmiz bu çağırışlardan və risklərdən qorunmuş olsun”.

