Boşanmaya səbəb olan səhvlər
Sosial şəbəkə və oyunlarda çox vaxt keçirmək
Günümüzdə ən mühüm problemlərdən biri tərəflərdən birinin həddən çox telefon və sosial şəbəkələrdə vaxt keçirməsidir. Axşam evə gələn kimi əlinə telefonu alıb , sosial şəbəkədən gözünü ayırmamaq, bir-biri ilə zaman keçirmək yerinə başqalarının paylaşımlarına baxmaq və yaxud deməklə kompüter oyunlarında vaxt keçirmək gerçək münasibətlərə ciddi zərər verir.
Həmişə haqlı olmağa çalışmaq
Həyatda hər zaman haqlı olmaq mümkün deyil. Bəzən insanlar haqlı olmağa o qədər meyilli olurlar ki, xoşbəxt olmağı unudurlar. Söhbət sevgi münasibətindən gedirsə, tərəflərdən hansınınsa yüzdə yüz haqlı ya da yüzdə yüz haqsız olmadığını unutmayın və ikili münasibəti bitirən bu yanlışı kənara qoyun. Lazım gələrsə, üzr istəyin, üzr istəmək zəiflik deyil.
Hər şeyi bərabər etmək istəyi
Bir münasibətdə önəmli olan “mən”ləri itirmədən “biz” ola bilməkdir. Münasibətdə hər bir insanın özünə aid bir ətrafının olması çox önəmlidir. Birlikdə vaxt keçirməklə yanaşı hər bir fərdin öz dostları, ailə ilə vaxt keçirməsi, öz hobbilərinə vaxt ayırması, insanların münasibətlərinə daha obyektiv yanaşması və münasibətdən daha da çox zövq almalarını təmin edər. Buna görə “mütləq hər şeyi birlikdə etməliyik” istəyindən əl çəkin.
Bir-birini dəyişdirməyə çalışmaq
Hər bir münasibətin başlanğıcında sevgilinizdə sevdiyiniz xüsusiyyətlər, zamanla ən çox dəyişdirmək istədiyiniz özəlliklər ola bilər. Ən yaxşısı, qarşınızdakının da hər insan kimi qüsurlarının olduğunu qəbul edin və həmişə onu dəyişdirməyə çalışmayın. Üstəlik bir adam dəyişmək istəmirsə, onu zorla dəyişdirə bilməzsiniz. Sevdiyinizin mənfi yönlərinə diqqətinizi daha çox kökləsəniz, o zaman münasibətiniz gərginləşəcək. Ancaq önəmli bir amil odur ki, sevdiyinizdə dəyişdirmək istədiyiniz özəllik sizə və ətrafdakılara zərər verir ya yox? Zərər vermirsə, dəyişdirməyin. Dəyişdirmək ona qarşı edilmiş bir haqsızlıq olar.
Sevgilini həyatının mərkəzinə qoymaq
Belə yanaşma son dərəcə yanlışdır. Bir münasibətə çox köklənməniz, hər şeyinizi sevgilinizə görə planlaşdırmanız sizi tez tükəndirəcək və münasibətdəki balansı pozacaq. Sevdiyiniz insan sizin üçün çox önəmli ola bilər, amma həyatınızı tamamlayan şeylərdən yalnız biridir, həyatınızın hamısı deyil. Ona görə bu səhvi etməyin.
Çox şey gözləmək
Qarşınızdakı insandan sizə verə biləcəyi qədər istəməlisiniz. Hər insanın sevgi alma və vermə qədəri var. Sevdiyiniz adamın bu qədərini bilin və ondan hər şey gözləməyin. Xüsusilə, indi insanların çoxu sosial şəbəkələrdə bəzi insanların əyləncələrdə, gəzintilərdəki fotolarına baxaraq öz həyatınızı ilə müqayisə edib və qarşı tərəfin gününü qara etməyin.
Keçmişə bağlı olmaq
Bəzi insanlar keçmişi heç cür unuda bilməzlər. Ancaq münasibət zamanı keçmişdə edilən səhvlərə ilişib qalmaq, köhnə problemləri həmişə gündəmə gətirmək münasibətin dağılması üçün partlamağa hazır olan bir bombadır. Səhvlərindən dərs çıxarıb çıxarmadığına baxmaq mühümdür. Keçmişdəki səhvlərini bağışlamağı seçmisinizsə, bunun məsuliyyətini də dərk etməlisiniz. Əgər bağışlaya bilmirsinizsə, mütəxəssislərə müraciət edin.
Təhqir etmək
Dava edərkən sizi narahat edən məsələ ilə bağlı danışın, amma təhqir etməyin. Problemi daha da böyütməyin. Qarşınızdakı insanın dəyərlərini tapdalamaq, onun təhqir etmək etdiyiniz ən böyük səhvlərdən olar.
İçinə atmaq
Sualları içinizə atmaq yerinə, doğru zamanda, doğru yerdə dilə gətirməkdən qaçmayın. Əksinə, içinizə atmanız, danışmamanız problemlərin gələcəkdə daha da böyüməsinə səbəb olar. Sakitliyinizi qoruyaraq incikliyinizi bir yolla dilə gətirin. Duyğularınızı paylaşın.

