Sosial 

Gəncə-Naxçıvan aviareysinin bərpası məsələsinə yenidən baxılacaq

Gəncə-Naxçıvan aviareysinin bərpa edilməsi məsələsinə yenidən baxılması nəzərdə tutulur.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, Gəncə-Naxçıvan və Naxçıvan-Gəncə reysləri İran üzərindən yerinə yetirilir.

Bu səbəbdən uçuş məsafəsinin, uçuş vaxtının 30 dəqiqədən 1 saat 8 dəqiqəyə artması reyslərin Gəncədə eniş etməklə yerinə yetiriməsində müəyyən çətinliklər yaradır.

Gürcüstan və Türkiyə üzərindən uçuşlar isə bu müddətin daha da artması və əlavə maliyyə xərcləri ilə nəticələnəcək.

Daha çox xəbərlər