Yel çərşənbəsində şəhidləri andılar – Fotolar
Bu gün Yel çərşənbəsidir.
ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu münasibətlə Tovuzun Ağdam kənd sakinləri kəndin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Kəndin gəncləri Şəhidlər Xiyabanı ərazisində abadlıq işləri aparıblar, şəhid ailələrinin iştirakı ilə ehsan süfrəsi açılıb. Bundan başqa, Şəhidlər Xiyabanının ətrafında məşəllər yandırılıb.
Qeyd edək ki, Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədov Ağdam kəndindədir. Onun xalası oğlu Elbrus Yusifov isə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Hər iki şəhidimiz Ağdam kəndinin Şəhidlər Xiyabanında dəfn olunub.





