ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri video formatda danışıqlar aparacaq
ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri martına 12-də video bağlantı vasitəsi ilə danışıqlar aparacaqlar.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
C.Psaki qeyd edib: “Cümə günü səhər [ABŞ Prezidenti Co] Bayden “dördlük” üzrə həmkarları – Yaponiyanın Baş naziri [Yoşihide] Suqa, Hindistanın Baş Naziri [Narendra] Modi və Avstraliyanın Baş Naziri [Skott] Morrison ilə virtual görüş keçirəcəkdir”.
Onun sözlərinə görə, danışıqlarda iştirak edənlərin pandemiya, iqtisadi əməkdaşlıq və iqlim dəyişikliyinə qarşı mübarizə daxil olmaqla “geniş spektrli məsələlər” müzakirə edəcəyi gözlənilir.

