Dünya 

Türk Hava Qüvvələri İraqın şimalında onlarla PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Hakurk və Qəndil bölgələrində hava əməliyyatı zamanı 25 PKK terrorçusunu zərərsizləşdirib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Buxarestə zəfər zamanı deyib.

Onun sözlərinə görə, qrupun liderlərindən biri zərərsizləşdirilən silahlılar arasındadır:

“PKK terror təşkilatının Qəndil da daxil olmaqla heç yerdə özünü rahat hiss etməyəcəyinə dair xəbərdarlıq etdik. Terrorçuların qaçmağa başqa yeri yoxdur”.

Onun sözlərinə görə, Türkiyə “FETÖ, PKK / YPG və İŞİD başda olmaqla [terror təşkilatlarının] ölkənin və millətin təhlükəsizliyinə yönəlmiş bütün təhdid və təhlükələrə” qarşı mübarizəni davam etdirir.

Daha çox xəbərlər